RU

İspaniya "hərbi risk" halında əhali üçün tövsiyələr hazırlayır

İspaniya hökuməti hərbi əməliyyatlarla bağlı risklərlə mübarizə aparmaq üçün ilk konkret milli mülki müdafiə planını hazırlayır. Bu barədə Krallığın Daxili İşlər Nazirliyindəki mənbələrə istinadən 20 Minutos qəzeti məlumat yayıb.

Onun sözlərinə görə, mümkün hərbi münaqişə zamanı təlimatların yaradılması təşəbbüsü mülki müdafiə üzrə ikinci milli strategiyanın bir hissəsidir. Qeyd olunur ki, İspaniya Finlandiya, Norveç və İsveç kimi ölkələrdən nümunə götürür və artıq mümkün hərbi əməliyyatlar zamanı böhranın aradan qaldırılması üçün bir neçə əsas tövsiyələri vətəndaşlara çatdırmağa başlayıb.

Planın hazırlanmasında milli mülki müdafiə idarəsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları da iştirak edirlər. Yekun məqsəd əhalini hərbi münaqişə ilə bağlı risklər zamanı görülməli olan təxmini tədbirlər toplusu ilə təmin etməkdir. Rəhbərlik, təbii fəlakətlər üçün hazırlanmış digər oxşar tövsiyələrə əsaslanacaq.
 
Gülnar

www.anews.az
Избранный
40
2
anews.az

4Источники