RU

"Bakı Sığorta" ləğv olundu

"Bakı Sığorta" ASC ləğv olunduğunu elan edib.

Sitat.info bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzeti məlumat yayıb.

Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 120 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “Bakı Sığorta” 1994-cü ildə "Tural Sığorta" adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8,925 milyon manatdır. Şirkətin səhmdarları "Bank Respublika" ASC (93,32 %) və “Ekolizinq” MMC-dir (6,68 %).

Bu il noyabrın 15-də “Bank Respublika”nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilməli idi. Yığıncaqda "Bakı Sığorta"nın gələcək fəaliyyəti ilə bağlı qərar verilməli idi.

"Bakı Sığorta"nın bağlanması ilə Azərbaycanda sığorta şirkətlərinin sayı 16-ya düşəcək.

Избранный
6
6
sitat.info

7Источники