NATO-nun baş katibi Mark Rutte yaxın vaxtlarda ABŞ-a səfər edəcək.Bu barədə "The Washington Post” mənbələrə istinadən məlumat yayıb.
"Mark Rutte Ukraynada münaqişənin başa çatdırılması üçün danışıqlar strategiyasını müzakirə etmək məqsədilə yaxın vaxtlarda Trampın Mar-a-Laqo iqamətgahına səfər edəcək", - qəzet yazır.
Rusiyanın hərəkətlərini təşviq etməyəcək və Ukrayna üçün təhlükəsizlik zəmanətləri təmin edəcək ədalətli və uzunmüddətli sülhün zəruriliyi NATO baş katibinin çatdırmağa çalışacağı əsas ideya olacaq.