RU

Kılıçdaroğlu məhkəmədə Akşeneri xəyanətdə ittiham elədi, Ərdoğanı isə... - "O, ölkəmiz üçün böyük təhdid və təhlükədir"

Bu gün Prezident Ərdoğanın şikayəti ilə 11 il 8 ay həbsi gözlənilən CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu Ankara 57-ci Cəza Məhkəməsində tarixi çıxış edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kılıçdaroğlu məhkəmə zalında çıxışında İYİ Partiyasının keçmiş sədri Meral Akşeneri işarə edərək, "Hörmətli cənablar, bu, bir müdafiə çıxışı, ifadəsi deyil. Təəssüf ki, prezident seçkilərində "ailəmi Kılıçdaroğluna əmanət edərəm" deyən millətçi və vətənpərvər kimi tanıdığımızın işbirlikçi olduğu ortaya çıxdı. Mən səhv etdim, çünki onlara inanırdım, bu qədər etirasız və yaramaz ola biləcəklərini təxmin etməmişdim", - deyib.

Kılıçdaroğlu daha sonra Ərdoğanın şikayətindən söz açıb və deyib ki, yetim haqqı yeməyib, oğurluq etməyib, Vətənə xəyanət etməyib: "Hörmətli hakim, nə xoş mənə ki, qarşısınıza oğurluq və yetim haqqı yeməkdən, Vətənə xəyanətdən çıxmadım. Mən Oğruya Oğru dediyim üçün burdayam.

Hörmətli hakim! İşlədiyim müddətdə çox böyük büdcələri idarə etmişəm. Mən bir çox məmurların rəhbəri olmuşam. Nə birnin bir qəpiyinə əl uzatdım, nə buna imkan verdim. Baronlar və mafiyalar həmişə mənə qarşı olublar. Ömrümdə heç vaxt pulla işim olmayıb, heç vaxt ona baxmamışam. Məni terror təşkilatı PKK tərəfindən güllləndim. İndi Ərdoğan ölkəmiz, dövlətimiz, birliyimiz, gələcəyimiz üçün böyük təhdid və təhlükədir.

Mən Kamal Kılıçdaroğlu, 75 yaşım var. Bütün ömrümü alnımın təri ilə qazanmışam, övladlarımı halal ruzi ilə böyütmüşəm. 100 il sonra bir daha deyirik, nə bu dövləti, nə də bu milləti köhnə Bizansın "Ulduz qalası"nda oturan bayquş artıqlarına buraxmayacağıq”.

Firudin Səfərli

MİA.AZ

Избранный
35
2
mia.az

3Источники