Misli premyer-liqasının 14-cü turunda “Araz-Naxçıvan” “Kəpəz”i məğlub etdi.
“Football-plus.az” xəbər verir ki, “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Ağır olacağını öncədən təxmin etmişdik. “Kəpəz” son oyunlarda yaxşı performans nümayiş etdirir. Düşünürəm ki, ideal oynamasaq da, komanda şəklində qələbəüçün hər şey etdik.
- Oyuna köklənmək və motivasiya baxımdan probleminiz yoxdu?
- O baxımdan sıxıntımız yozdu. Avram dünən bizə qoşulub. Futbolçuları da başa düşmək olar. Milliyə gedən oyunçuların qoşulması ritmdən uzaq olmağa gətirib çıxarır. “Kəpəz” də yaxşı oynadı. Düşünürəm ki, layiqli qələbə qazandıq.
- Ürfanın yoxluğu nə ilə bağlıdı?
- Zədəsi yoxdu. Bir qədər narahatlığı var idi, bu üzdən Bakıda saxladıq.
-Mustafa Əhmədzadə yığmadan hansı əhval-ruhiyyə ilə qayıtdı?
- Mustafa haqda bir qədər çox danışırıq. Ona da tövsiyyə etmişəm ki, mətbuatdan və populyar verilişlərdən uzaq dursun. Mustafa bir qədər bərkiməlidi.
- Arıdıcıl 4-cü “quru” oyun keçirdiz. “Qəbələ”də çalışdığınız vaxt komanda hücumda effektli idi, müdafiədə bu qədər etibarlı deyildi. Hansısa dəyişikliklər etmisiz?
- Ümumi prinsip eynidi. Sadəcə, bu komanda daha balanslıdı. Ona görə düşünürəm ki, təkcə müdafiədə yox, hücum planında dayaxşı futbolçulara sahibik. “Araz-Naxçıvan” keyfiyyət baxımından “Qəbələ”dən geri qalmır.
- Slavik Alxasovu futbola necə qaytardız?
- Mən futbolçunun yaşına yox, məşqdə etdiyinə önəm verirəm. Slvaik üzərinə nə düşürsə, əlindən gələni etməyə çalışır.
- Yenə zirvəyə yüksəldiz. Bu məqam təzyiq yaradır?
- Mənim üzərimdə heç bir təzyiq yoxdu. Mən təzyiq altında deyiləmsə, komanda da eynidi. Oyun planında daha yaxşı, hücumda daha rəngarəng ola bilərik.
ƏSƏD SEYİDOV
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта