Dövlət İmtahan Mərkəzinin (DİM) şöbə müdiri Afiqə Batıyeva gələn ilin buraxılış imtahanları ilə bağlı açıqlama verib. Manset.az xəbər verir ki, o, İTV-yə müsahibəsində keçən il tətbiq olunan imtahan modelinin bu il də qüvvədə qalacağını bildirib. Batıyevanın sözlərinə görə, 11-ci siniflərin xarici dil fənni üzrə imtahanlarında hər hansı dəyişiklik nəzərdə tutulmayıb. 9-cu siniflərin buraxılış imtahanlarında isə yeniliklər tətbiq ediləcək. Bu yeniliklərdən biri kimi, imtahanlarda oxuyub-anlama və tətbiqetmə bacarıqlarının yoxlanılması üçün 4 müxtəlif mətn istifadə ediləcək. Üçü kiçik, cəmi 1-2 cümlədən ibarət olacaq və hər mətn üzrə bir qapalı suala cavab tələb olunacaq. Daha geniş mətn isə şagirdlərin oxuyub-anlama və tətbiqetmə bacarıqlarını dəyərləndirmək məqsədini daşıyır.