RU

“Bülbülün qonaqları” rubrikasında Fikrət Əmirov yad edilib

Bülbülün Memorial Muzeyinin təqdim etdiyi “Bülbülün qonaqları” rubrikası çərçivəsində görkəmli bəstəkar, SSRİ Xalq artisti, simfonik muğam janrının banisi Fikrət Əmirovun xatirəsinə həsr olunmuş konsert proqramı baş tutub.

Heftelik.az-ın məlumatına görə, görkəmli bəstəkarın doğum gününə həsr olunmuş tədbiri giriş sözü ilə açan muzeyin direktoru Fərqanə Cabbarova qonaqları salamlayaraq Bülbül və Fikrət Əmirovun sıx dostluq, yaradıcılıq əlaqələrindən danışıb.
Tədbirdə Şövkət Ələkbərova adına 20 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri “Gülərəm gülsən” romansını, “Muğam poema”, “Baharımsan”, “Marşsayağı”, “Sevilin rəqsi”, “Vals”, “Rəqs”, “Ballada”, “Ekspromt”, “Sevgi rəqsi”, “Min bir gecə” baletindən Oxatanların rəqsi, Azərbaycan xalq mahnısı “Evləri var xana-xana”nı ifa ediblər.

Избранный
42
1
heftelik.az

2Источники