RU

Azərbaycan Güləş Federasiyası Qobustan şəhərində seminar keçirib

Azərbaycan Güləş Federasiyası (AGF) Qobustan şəhərində seminar keçirib.

AGF-dən 90deqiqe.Az-a verilən məlumata görə, tədbirdə İsmayıllı, Ağsu, Qobustan və Şamaxı rayonlarında fəaliyyət göstərən məşqçi-müəllimlər iştirak ediblər.

Seminarın nəzəri hissəsi Qobustan Gənclər Evində baş tutub. Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan üzrə sektor müdiri Qadir Əkbərov seminarın önəmindən danışıb və buna görə AGF-yə təşəkkürünü bildirib. AGF Hakimlər Kollegiyasının sədri Qərib Əliyev federasiyanın həyata keçirdiyi layihələrdən, güləş qaydalarından və qayda pozuntularından danışıb. Qadın güləşi üzrə yeniyetmə və gənclərdən ibarət millinin məşqçisi Həsrət Məmmədyarov və yunan-Roma güləşi üzrə U-17 millinin məşqçisi Elbrus Məmmədov yerli məşqçilərə öz tövsiyələrini çatdırıblar.

Bu seminarda da azyaşlı idmançıların çox çəki salmasının fəsadları qabardılıb. I-S kateqoriyalı referi Sədi Quliyev video nümayişi fonunda edilən fəndlərin qiymətləndirilməsinə toxunub.

Seminarın praktiki hissəsi isə Qobustan Uşaq Gənclər İdman Məktəbinin güləş zalında baş tutub. H.Məmmədyarov sərbəst, E.Məmmədov isə yunan-Roma güləşi üzrə müxtəlif fəndlərin dəqiq icrasını nümayiş etdirib.

Qeyd edək ki, güləş məşqçilərinin ümumrespublika seminarının növbəti mərhələsi noyabrın 26-da Qazax şəhərində keçiriləcək.

Избранный
17
3
90deqiqe.az

4Источники