RU

Putini az-az belə gördük-iclas keçirdi, nələr dedi?

Rusiya prezidenti müraciətində qara qalstuk taxmasının sirri

Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin rəhbərliyi, hərbi sənaye kompleksinin nümayəndələri və raket komplekslərinin yaradıcıları ilə müşavirə keçirib.

Musavat.com xəbər verir ki, Kreml bununla bağlı məlumatı bir neçə dəqiqə öncə yayıb. 

Putin deyib ki, Rusiyanı güc yolu ilə şantaj etməyə istəyənlərə layiqli cavab verilib. Prezident deyib: “ Qeyri-nüvə hipersəs ballistik raketin sınağı uğurla keçdi. Bu münasibətlə sizi təbrik edirəm. Rusiya üçün yaradılan təhlükəsizlik təhdidlərinin xarakterindən asılı olaraq bu sınaqları, o cümlədən döyüş şəraitində davam etdirəcəyik. Üstəlik, bizdə istifadəyə hazır belə sistemlərin ehtiyatı var. Bugünkü görüşümüzü demək olar ki, yeganə məqsədi sizə işinizin nəticələrinə görə təşəkkür etməkdir. “Oreşnik”in əldə edilmiş nəticələri və yeni sistemin inkişaf sürəti həqiqətən qürur və heyranlıq doğurur. Bu, yerli raket məktəbinin böyük potensiala malik olduğunu və Rusiyanın təhlükəsizliyini təmin etmək üçün ən mürəkkəb problemləri həll etməyə qadir olduğunu nümayiş etdirir. Bu baxımdan qeyd etmək istərdim ki, “Oreşnik” sistemi köhnə, sovet sistemlərinin modernləşdirilməsi deyil. Bu sistem həqiqətən də, ilk növbədə, sizin əməyinin, yeni Rusiya şəraitində görülən işlərin nəticəsidir. O, məhz müasir, ən son texnologiyalar əsasında yaradılıb. Deməliyəm ki, yeni, artan təhdid və çağırışlarla üzləşdiyimiz bugünkü şəraitdə belə silah sistemlər həyati əhəmiyyət kəsb edir. Vətəndaşlarımız bilsinlər ki, təhlükəsizliyimizi qorumaq üçün bizim nəhəng texnoloji bazamız, güclü sənayemiz var. Dünən sınaqdan keçirilən silah sistemi isə Rusiyanın ərazi bütövlüyü və suverenliyinin daha bir etibarlı təminatçısıdır. Dünyada hələ heç kimdə belə silah yoxdur. Bəli, gec-tez digər aparıcı ölkələrdə də olacaq, biz bilirik ki, orada hansı proseslər gedir. Amma ya sabah, ya bir-iki ildən sonra olacaq. Bu gün isə bizdə bu sistem var və bu, çox vacibdir. 

848786_original.png

“Oreşnik” raket sistemi təkcə effektiv hipersəs silahı deyil, Rusiyanın da malik olduğu digər yüksək dəqiqlikli uzaqmənzilli sistemlərlə birlikdə təsir və güc baxımından strateji silahlarla müqayisə edilə bilər. Bu gün dünyada belə bir raketin qarşısını almaq üçün heç bir vasitə yoxdur. Bu sistemin kütləvi istehsalına dair qərar qəbul edilib. Bu silahın xüsusi gücü nəzərə alınaraq, Strateji Raket Qüvvələrində istifadəsinə veriləcək”. 

3e7a24f21e2dae3552b6e6d4eaf41681.jpg

Putinin çıxışında yüksək əhval-ruhiyyədə olduğu, bir neçə dəfə güldüyü də diqqətdən qaçmayıb. O, “Oreşkin”in yaradılmasında əməyi olanların yüksək dövlət mükafatları tədqim ediləcəyini deyib. 

916131_big_57d077aa1b.jpg

Ekspertlər bir gün əvvəl videomüraciət zamanı prezident Vladimir Putinin qara qalstuk taxmasına da diqqət çəkib. Çünki Rusiya prezidenti adətən, qırmızı, tünd qırmızı və ya mavi qalstuk taxır. Vladimir Putinin qara qalstuk taxdığı indi həm də Qərbə siqnal və xəbərdarlıq kimi izah edilir. O da qeyd olunur ki, nə Çin, nə Hindistan, nə də Braziliyanın Vladimir Putinin bəyanatına hələ ki, reaksiya verməməsini də ekspertlər Rusiyanın mövqeyini dəstək kimi qəbul edilir.

 

Musavat.com

Избранный
11
musavat.com

1Источники