RU

İsrailin aerokosmik şirkəti Azərbaycanla əməkdaşlığı gücləndirir

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) COP29 çərçivəsində təşkil etdiyi “Rəqəmsal yaşıl üfüqlər: hökumət və texnoloji həllərin dayanıqlı gələcək üçün inteqrasiyası” tədbirində İRİA sədrinin müşaviri Salar İmaməliyev və “Israel Aerospace Industries” korporasiyasının regional direktoru, marketinq və biznesin inkişafı üzrə meneceri Dani Paslevin iştirakı ilə panel sessiya keçirilib.

"Unikal" xəbər verir ki, panel sessiyada ilk çıxış edən İRİA sədrinin müşaviri Salar İmaməliyev “Israel Aerospace Industries”in COP29-da iştirakının qurumun Azərbaycanla münasibətlərinin dinamik inkişafının göstəricisi olduğunu bildirib. “Bu korporasiyanın İRİA ilə tərəfdaşlığı təkcə innovasiya ilə məhdudlaşmır. Münasibətlərimiz hər iki tərəfin qarşılıqlı niyyətinə əsaslanaraq texnoloji sahədə dayanıqlı və uzunmüddətli inkişafı hədəfləyir”, - deyə Salar İmaməliyev əlavə edib.

Daha sonra Dani Paslev təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri haqqında tədbir iştirakçılarına məlumat verib.

Qeyd edib ki, “Israel Aerospace Industries” müdafiə, kosmik və aviasiya sənayesi üçün həllərin istehsalı və işlənməsi sahəsində ixtisaslaşır. D.Paslev aerokosmik və müdafiə sənayesində ənənəvi olaraq istifadə edilən innovativ həllərin Azərbaycanda iqlim fəaliyyəti, şəhər planlaması, təbii fəlakətlərin fəsadlarının təhlili kimi sahələrdə tətbiqinin mümkünlüyünə diqqət çəkib. “Bizim İRİA ilə tərəfdaşlığımız ilkin mərhələdə sadəcə innovasiyanın dəstəklənməsi deyil, həm də qlobal bazara inteqrasiya olunacaq rəqabətədavamlı texnologiyaların yaradılması deməkdir. Əminik ki, dayanıqlı inkişaf və biznesin artımı dünya üçün əhəmiyyətli həllər yaradaraq yanaşı gedə bilər”, - deyə Dani Paslev vurğulayıb.

Paneldə müzakirə olunan əhəmiyyətli mövzulardan biri də “Israel Aerospace Industries” korporasiyasının İsraildə reallaşdırdığı və “CyITS” mərkəzinin (Cyber Intelligent Transportation System) təşəbbüsü əsasında işləyən “ağıllı” nəqliyyat laboratoriyasının Azərbaycanda da yaradılması təklifi olub. Belə ki, “CyITS” intellektual nəqliyyat şəbəkələrində kibertəhlükəsizliyi təmin edən qabaqcıl tədqiqat və sınaq mərkəzidir. Bu cür mərkəzin konsepsiyasının Azərbaycanın ehtiyaclarına görə uyğunlaşdırılması ölkənin nəqliyyat infrastrukturunun möhkəmləndirilməsinə və onun kiberdayanıqlılığının inkişafına kömək edəcək. Bu təşəbbüs çərçivəsində İsrail korporasiyasının texnologiyalarından istifadə vahid İnnovasiya Mərkəzi vasitəsilə əlaqələndiriləcək. Bu, davamlı inkişafın dəstəklənməsi, yeni iş yerləri və tədqiqat mərkəzlərinin açılması üçün geniş imkanlar yaradacaq.

Избранный
30
5
unikal.az

6Источники