Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev, ABŞ-nin seçilmiş prezidenti Donald Trampın Ukrayna münaqişəsinə həll yolu tapa biləcəyini bildirib.
Redaktor.az Tass-a istinadən xəbər verir ki, "Al Arabiya" televiziya kanalına müsahibəsində Medvedev qeyd edib ki, Trampı praqmatik bir şəxs olaraq görürlər:
"Vaşinqtonun Ukrayna münaqişəsini sona çatdırmaq üçün bütün vasitələrə sahib olduğunu düşünürük və Tramp bunu edə bilər."
Onun sözləri kanal tərəfindən ərəb dilində yayımlanıb. Medvedevin bu bəyanatı beynəlxalq arenada geniş maraq doğurub.
Seymur BƏNNAYEV