Bu gün Türkiyədə futbol komandasının Baş məşqçisi küçədə maskalı şəxs tərəfindən güllələnib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, yerli vaxtla saat 15.00-da Çorlunun Mühittin Məhəlləsində, Adnan Kahveci küçəsində naməlum maskalı şəxs arxadan 3-cü Liqa komandası olan "Çorluspor 1947"nin baş məşqçisi Ersin Akaya yaxınlaşaraq 5 əl atəş edib: "Atəşdən sonra yerə yıxılan Baş məşqçi ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb".
Firudin Səfərli
MİA.AZ