Bakıda keçirilən COP29 konfransı 11-22 noyabr tarixlərini əhatə etməli idi. Ancaq bir neçə gün öncə tədbirin daha bir gün uzadıldığı bildirildi.
Sfera.az Axar.az-a istinadən xəbər verir ki, COP29 konfransı ilə bağlı təşkilatçılardan tədbirin müddəti ilə bağlı növbəti yenilənmə yoxdur. Buna görə də Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə 29-cu Konfransının sabah yekunlaşacağı gözlənilir.
Qeyd edək ki, COP29 sammitində iştirak üçün dünyanın 196 ölkəsindən 72 min nəfər qeydiyyatdan keçib. Qonaqlar arasında 80-dən çox prezident, vitse-prezident və baş nazir olub.