RU

Rusiya Şimali Koreyanın hərbi yardımının əvəzini belə ödəyir

Bu ilin martından indiyədək Rusiya Şimali Koreyaya bir milyon bareldən çox neft tədarük edib.

Musavat.com xəbər verir ki, bu qənaətə Britaniyanın Open Source Center tədqiqat mərkəzi peyk şəkillərini təhlil etdikdən sonra gəlib.

Aparıcı ekspertlər və Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi BBC-yə bildiriblər ki, bu neftlə Moskva Ukrayna ilə mübarizədə kömək etmək üçün istifadə etdiyi silah və əsgərlərin əvəzini Pxenyana ödəyir.

Peyk görüntülərinin təhlili göstərir ki, son səkkiz ay ərzində ondan çox Şimali Koreya tankeri Rusiyanın Uzaq Şərqdəki neft terminalı ilə onların limanları arasında 43 səfər edib.

Tankerlər Rusiyaya boş gedib, yüklü qayıdıblar.

 

Musavat.com

Избранный
19
1
musavat.com

2Источники