Almaniyanın "Bosch" şirkəti avtomobil sənayesindəki böhranla əlaqədar işçilərini ixtisar edəcək.
Teleqraf.com "Reuters"ə istinadən xəbər verir ki, bu barədə şirkət bəyanat yayıb.
Bəyanatda deyilir ki, şirkət 5550-yə qədər işçini ixtisar etməyi planlaşdırır. Xüsusilə, Bosch 2027-ci ilin sonuna qədər kompüterlərin inkişafına cavabdeh olan bölməsində 3,5 min işçini ixtisar etməyi planlaşdırır. 2026-cı ilin sonuna qədər şirkət Hildesheim zavodunda 600 işçini, 2027-ci ildən 2030-cu ilə qədər isə sükan hissələrinin istehsal olunduğu Ştutqart yaxınlığındakı zavodda 1,3 min işçini ixtisar edəcək.
Müəllif: Arzu