RU

Yalı çapkını" final edəcək?

Keçən mövsüm cümə axşamlarının ən çox baxılan və reytinqləri alt-üst edən "Yalı Çapkını" serialı yeni mövsümə iddialı başlasa da, izləyicilərini tam razı sala bilməyib.

Gundem.az xəbər verir ki, Star TV-nin sevilən serialında Afra Saraçoğlunun canlandırdığı Seyran və Mert Ramazan Demirin oynadığı Ferit xarakterlərinin ayrılığı reytinqlərin daha da düşməsinə səbəb olub. Cəsarətli səhnələri ilə tez-tez gündəmə gələn serial gözlənilən reytinq artımını təmin edə bilməsə, final qərarı verilə bilər.

Məşhur yazıçı Gülseren Budayıcıoğlu, bu vəziyyətə reaksiya verərək deyib: "İzləyicilər haqlıdır. Onlar Seyran və Feritin məhəbbət hekayəsini görmək istəyir. Mövsüm hələ yeni başlayıb. Gələcək bölümlərdə Seyran və Feritin sevgisi yenidən diqqət mərkəzində olacaq."

Jurnalist Birsen Altuntaşın xəbərinə görə, yeni mövsümdə seriala qatılan bir neçə aktyorun ayrılması ilə yanaşı, ilin sonuna qədər reytinqlər artırılmasa, serialın Yeni ildən sonra bitəcəyi haqqında fikirlər səslənir.

Избранный
10
1
gundem.az

2Источники