RU

Müğənni 3+3-ün cavabını bilməsə olar - Əməkdar artist


Bu sözləri Əməkdar artist Lalə Məmmədova "Günə bax" verilişində deyib. Sənətçi şou xarakterli proqramlarda aparıcıların qonaqlara verdiyi suallardan narazı olduğunu vurğulayıb:

"Bir aparıcı tapın ki, mənimlə üzbəüz əyləşib "tapanca" kimi danışıb, suallar versin. Elə-belə suallar demirəm. Şou xarakterli verilişləri nəzərdə tuturam. Mən onun məntiqini yoxlamaq istəyirəm. Aparıcının müğənnini çağırıb ona "3+3 neçə edir" sualını verməsinin əleyhinəyəm. Ola bilər, müğənni bunu bilmir, amma böyük sənət sahibidir. Bu həyatda heç nə mükəmməl deyil. Bir sənətçi 1 mahnı ilə bitmir, çox suallar var".

L.Məmmədova görünüşündə müzakirələrə səbəb olan dəyişiklər etməsinə belə aydınlıq gətirib:

"Hər yeni mahnım mənə yeni dinləyici qazandırmasa, bu mənim uğursuzluğumdur. 14 yaşımdan səhnədəyəm. Artıq 30 ildir. Bu illər ərzində azı iki nəsil yetişib. Mən o nəslində zövqünə bələd olmalıyam. Sizcə məndəki dəyişiklik əbəs yerədir? Elə əyləşmişdim evdə, birdən-birə ağlıma gəldi? Yox. Mən 30-20 il əvvəlki Lalə deyiləm. Bəlkə də 20 il əvvəl bu geyimdə məni səhnəyə çıxartsaydılar, sıxılacaqdım. Oxuduğumuz nəğmələrin, danışdığımız sözün arxasında durmağı bacarmalıyıq". 

//axsam.az
Избранный
23
4
ann.az

6Источники