RU

Son 1 ildə emissiyalar 1,3 faiz artıb

BMT-nin Ətraf Mühit Proqramının icraçı direktoru İnger Andersen “İqlim, təbiət və insanlar üçün su həyat xəttinin təbliği” adlıı konfransda çıxışı zamanı hazırda dünyada 3 milyarda yaxın insanın su qıtlığından əziyyət çəkdiyini, bir çox problemin su çatışmazlığından yarandığın,ı 2023-cü ildən bəri isə emissiyaların 1,3 faiz artdığını vurğulayıb.

Konfransda çıxış edən digər natiqlərin gəldikləri ümumi qənaət isə belə olub ki, iqlim dəyişikliyi indi bir reallıqdır. Bunu hamı hiss edir, təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində quraqlıq və su çatışmazlığından əziyyət çəkilir. İqlim dəyişikliyinin təsirləri ilə bağlı proqnozlar da onu göstəriri ki, su ehtiyatlarının azalması bundan sonra da davam edəcək. Ölkələr bunun öhdəsindən gəlmək üçün adaptasiya planları hazırlamalıdırlar.

Azərbaycandakı mövcud su problemlərinə gəldikdə isə, şübhəsiz ki, bu, təkcə kənd təsərrüfatı və suvarma ilə bağlı deyil, həm də sudan istifadə edən bütün sahələrə aiddir. Beləliklə, su ehtiyatlarının qorunması ilə bağlı bütün cəmiyyət məsuliyyət hiss etməlidir.

Избранный
46
xalqqazeti.az

1Источники