Ukraynada kənd sovetinin iclasının keçirildiyi zalı qumbara ilə partladan deputat Sergey Batrin azadlıqdan ömürlük məhrum edilib.
Bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb .
“Xalqın xidmətçisi” partiyasının deputatı Zakarpat vilayətinin Keretskovski kənd sovetinin iclasında 3 qumbara partladıb. Ümumilikdə partlayış nəticəsində 26 nəfər xəsarət alıb, onlardan ikisini həkimlər xilas edə bilməyib. Batrinin özü sağ qalıb və xəstəxanaya yerləşdirilib. Ukrayna Təhlükəsizlik Xidməti deputatı terror aktı törətməkdə ittiham edib.
"İstintaqın məlumatına görə, hücum edən şəxs cinayətə əvvəlcədən hazırlaşıb", - idarədən bildirilib.
Təqsirləndirilən şəxs sursatları əvvəlcə evində gizlədib, sonra isə dövlət qurumunun binasına gətirib./Teleqraf.com
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта