RU

"İncəsənət aləmində ilin ən nüfuzlu 100 şəxsinin adları açıqlanıb" - Almaniyanın "Monopol" jurnalı

"Biz insanlar Yer kürəsində çox dağıntılara yol vermişik və buranı tərk edib başqa qalaktikalara köçməliyik..."
 
Hər il incəsənət sahəsində dünyanın 100 ən nüfuzlu şəxsinin reytinqini dərc edən Almaniyanın illik "Monopol" jurnalı özünün növbəti reytinqini açıqlayıb. Bu ilki reytinqə tamaşaçını riqqətə gətirən avstriyalı xoreoqraf Florentina Holtsinger başçılıq edir, sonda rusiyalı sənətşünas Yekaterina Deqot yer alıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
 
Avstriyalı xoreoqraf və perfomançı Florentina Holtsinger ilin ən nüfuzlu sənətkarı kimi tanınıb. Berlinin "Monopol" jurnalının versiyasına görə, avstriyalı xoreoqrafın işləri "vizial və emosional təsir göstərir, heç kimi laqeyd buraxmır, incəsənət aləmində onun tayı-bərabəri yoxdur". Bu barədə noyabrin 22-də satışa çıxarılacaq jurnalın dekabr nömrəsində deyilir.
 
Tamaşaçını riqqətə gətirən sənətkar
 
"Fitnə-fəsadlara" meylli olması ilə tanınan Florentina Holtsinger artıq dəfələrlə teatr aləmində əsl çaxnaşma yaradıb.
 
Onun Ştutqart Dövlət Opeta Teatrında göstərilən sonuncu "Sancta" adlı tamaşası alman bəstəkarı Paul Hindemitin bir hissəli "Müqəddəs Susanna" operası əsasında hazırlanıb, üç saat davam edir, sevgi səhnələri ilə tamaşaçını riqqətə gətirir.
 
Reytinq cədvəlində yer alan təkcə insanlar deyil
 
İkinci yerdə şəxs deyil, şəhər yer alıb. "İncəsənət aləmində köhnə-təzə Avropa paytaxtı peyda olub", nəşr qeyd edib. Söhbət, əlbəttə ki, mədəni həyatın episentrində olan Parisdən gedir. Burada çoxsaylı muzeylər, özəl qalereyalar, sərgilər böyük auditoriyanın diqqətini cəlb edir.
 
Üçüncü yerdə bu gün Berlində işləyən israilli multimedia-sənətkar Yael Bartanadır. "Özünün bir çox film və layihələrində o, siyasi məsələləri estetik cəhətdən nümayiş etdirmək və sadə şüarlardan yan keçmək qabiliyyətini göstərib", - jurnal öz seçimini belə əsaslandırıb.
 
Bu il Yael Bartana Almaniyanı Venesiyada keçirilən beynəlxalq sərgidə təmsil edib. Cardini parkında o, özünün videoinstallyasiyalar, heykəllər, posterləri və naməlum qalaktikalara səyahət üçün kosmik gəminin modelini göstərib.
 
"Biz insanlar Yer kürəsində o qədər dağıntılara yol vermişik ki, buranı tərk etməli və Yer kürəsinin bərpa olunmasına imkan verməliyik, - o, öz postapokaliptik layihəsini belə izah edib. - Ola bilsin ki, bu gəmi nə zamansa geriyə dönəcək və biz səhvlərimizi düzəldəcəyik".
 
Ən nüfuzlu şəxslər arasında rusiyalı sənətşünas da yer alıb
 
Reytinq siyahısında sonuncu yerdə İsveçrənin Lokarno şəhərində keçirilən kinofestivalının ilk qadın prezidenti, rusiyalı sənətşünas Yekaterina Deqot qərarlaşıb.
 
O, Moskvada doğulub, XX-XXI əsr rus incəsənəti üzrə mütəxəssis, sənətşünaslıq elmləri namizədi, Rusiya Rəssamlar Akademiyasının müxbir üzvüdür.
 
O, 2014-cü ildə Rusiyanı tərk edib və o zamandan Avropada yaşayır. Jurnal onu sağ populistlərin tənqidinə görə öz reytinqinə daxil edib.
Избранный
20
moderator.az

1Источники