RU

Emrelidən gözəl ötürmə, komandası uduzdu

Almaniya 2-ci liqasında 13-cü tura start verilib.

İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası “Nürnberq” bu gün səfərdə “Paderborn”la qarşılaşıb.

Emreli əsas heyətdə meydana çıxdığı bu oyunda sonadək oynayıb. 8-ci dəqiqədə M.Emreli gözəl qol ötürməsi edib və Soares hesabı bərabərləşdirib – 1:1. Oyunun yekun nəticəsi isə 3:2 meydan sahiblərinin xeyrinə başa çatıb.

Bu qələbədən sonra xalını 24-ə çatdıran “Paderborn” liderliyə yüksəlib. “Nürnberq” isə 13 oyundan 18 xalla 8-ci pillədədir.

Избранный
26
idmanxeber.az

1Источники