RU

Tələbə olmaq istəyənlərin NƏZƏRİNƏ: İmtahanlarda YENİLİK


 Dövlət Ä°mtahan Mərkəzinin şöbə müdiri Afiqə Batıyeva məsələ ilə bağlı danışıb.

O, 11-ci siniflərin buraxılış imtahanlarında xarici dil fənnləri üzrə imtahan modelində heç bir dəyişiklik edilməyəcəyini bildirib: "Ötən il hansı model tətbiq olunubsa yenə də həmin model tətbiq olunacaq".

Şöbə müdirinin sözlərinə görə, 9-cu siniflərin buraxılış imtahanında oxuyub-anlama, tətbiqetmə bacarıqlarını yoxlamaq məqsədilə 4 mətn istifadə olunacaq. "Bu yeniliklərdən biridir, burada 3 mətn kiçik olacaq ki, cəmi 1-2 cümlədən ibarət olacaqlar. Həmin mətnlərin hər biri üzrə bir qapalı suala cavab vermək tələb olunacaq. Bunlardan əlavə bir qədər böyük mətn də var ki, o da oxuyub-anlama və tətbiqetmə bacarıqlarını yoxlamaq üçündür", - o, İTV-yə açıqlamasında qeyd edib.

"Xarici dil üzrə imtahanı üzrə 26 sual olacaq ki, sonuncusu şəkil təsviri ilə bağlı olacaq. Burada məzmun etibarilə bir-birini tamamlaması tələb olunan 3 ardıcıl şəkil verilir. Həmin sualda da 35 sözdən ibarət qısa esse yazılması tələb edilir. Bunun da qiymətləndirilməsi isə fərqlidir", - A.Batıyeva əlavə edib.

  //milli.az
Избранный
35
ann.az

1Источники