“Barselona”nın sabiq hücumçusu, hazırda “İnter Mayami”də çıxış edən Lionel Messi Kataloniya klubunun 125 illik yubileyi şərəfinə təşkil olunacaq şənliklərə qatıla bilməyəcək.
Publika.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Xatırladaq ki, bundan əvvəl mətbuatda futbolçunun “mavi qranatlar”ın prezidenti Joan Laportanın şəxsən göndərdiyi dəvəti qəbul etdiyi və bayrama gəlməyi planlaşdırdığı barədə məlumatlar yayılmışdı.
Mənbənin sözlərinə görə, Messi bu tarixə (noyabrın 29-na) planlaşdırılan təcili işlərə görə bayrama qatıla bilməyəcək. Hücumçunun bu işləri bir neçə ay əvvəldən planlaşdırıb, “Barselona”dan dəvətin isə 15 gün əvvəl gəldiyi vurğulanır.