RU

Təmirə bağlanan “Ukrayna dairəsi”ndə hansı yeniliklər olacaq? – VİDEO

“Ukrayna dairəsi”ndə yol hərəkətinin təkmilləşdirilməsi məqsədilə yeni layihə hazırlanıb.

KONKRET.az Xəzər TV-yə istinadən bildirir ki, Yerüstü Nəqliyyat Agentliyinin rəsmisi Samir Məhərrəmov jurnalistlərə açıqlamasında bildirib ki, agentlik tərəfindən ərazidə yol infrastrukturu, küçə-yol şəbəkəsi və nəqliyyat axını təhlil edilib. Həmin kəsişmə üçün ən optimal həll üsulu kimi turbo tipli dairənin inşası nəzərdə tutulub.

Bundan başqa, layihə çərçivəsində təhlükəsizliyin təmin edilməsi məqsədilə hərəkətin kanallaşdırılması, zəruri olan yol nişanları və nişanlanma xətlərinin təşkili də nəzərdə tutulub.

Xəzər tv-nin hazırladığı videomaterialı təqdim edirik:

Избранный
19
3
konkret.az

4Источники