RU

Bu gün sizi nə gözləyir? - BÜRCLƏR

Qoç - tədqiqatlar, araşdırmalar, elmi işlər və eksperimentlər üçün pis zaman deyil. Yaradıcılıq, estetika və moda ilə bağlı fəaliyyət uğur vəd edir.

Buğa - stabilliyə nail olmaq istəyiniz sizi prinsiplərinizdən bir addım da geri çəkilməməyə vadar edir. Yaxşı taktikadır. Status-kvonu saxlamaq, situasiyaya nəzarət imkanlarını mühafizə etmək imkanları var. Tərəfdaşlarla fikir ayrılıqları və ixtilaflar istisna deyil.

Əkizlər - yeni layihəyə başlamaqla yanaşı, yarımçıq işi bitirin. Kommunikasiyalar və texnologiyalar sahəsindəki problemlər daha sürətlə həll olunacaq. İdeyalarınız yaxın ətrafınızdakı insanları maraqlandıra bilər. Yeni həmkarlar olacaq.

Xərçəng - bütün işləri bitirməyə çalışmayın. Görüləcək işlərin sayı həddən artıqdır. Bütün diqqəti bir işə yönəldin və onu tamamən bitirin. Tərəfdaşlar və həmkarlarla təmaslarda gərginlik yarana bilər. Yaranan münaqişəni həll etməyə can atın. Haqlı olduğunuzu göstərməyə çalışanda sərt və aqressiv olmayın.

Şir - danışıqlar uğurlu olacaq. Müqavilələrin imzalanmasında və vədlərin yerinə yetirilməsində qətiyyətli davranın. Daşınmaz əmlakla bağlı əməliyyatlarda günün ilk yarısı daha sərfəli zaman sayıla bilər. Peşə fəaliyyətiniz yaradıcılıqla bağlıdırsa, aktiv olun.

Qız - yalnız öz qüvvələrinizə güvənməyin. Şübhələriniz varsa və ya təcrübəniz yetərli deyilsə, ciddi işi təxirə salın. Müşkül problemin həlli üçün bilik və ya bacarıq qıtlığı hiss oluna bilər. Daha təcrübəli tərəfdaşa, müttəfiqə və ya həmkara müraciət edin.

Tərəzi - davranış və fəaliyyətin ənənəvi çərçivəsində qalmaq çətin olsa da, çalışın. İşləri başa vurmaq üçün əlavə məlumata və fərqli informasiyalara zərurət duyulur. Müştəri və ya sifarişçi ilə onun ərazisində görüşmək gərəkdir.

Əqrəb - ətrafınızdakı insanların davranış və ya əməllərini emosional dəyərləndirməyin. Bu minvalla diqqətinizi real problemlərdən yayındıra bilərsiniz. Yığılıb qalmış bütün işləri bu gün başa vurmağa çalışmayın. Ən vacib məsələni seçərək onun həllinə başlayın.

Oxatan - peşəkar fəaliyyət müstəvisində öhdəlik və tapşırıqların öhdəsindən gəlin. Hisslərin qurbanı olmayın. Mühüm işin görülməsini ertələməyin. İnadkar olun, emosiyalarınızı nəzarətdə saxlayın.

Oğlaq - şəxsi münasibətlər ön plana çıxacaq. Təmaslarda diqqətli olmasanız, əlaqələrdə ciddi problemlər yarana bilər. Sadə hadisələrdən, rutin olaylardan faydalanmağa çalışın. Nikbinliyiniz ətrafınızdakı şəxslərə də sirayət edəcək.

Dolça - yaxın ətrafınızdakı insanlarla təmaslarınız məhsuldar olsun. Yaxşı görünməyə çalışın, diqqətli olun. Təşkilatçılıq bacarığınızı nümayiş etdirin. İşlərinizdə aktiv olun.

Balıqlar - qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz. Maddi və mənəvi razılıq hissi yaranacaq. Uğurlarınız fəaliyyət intensivliyindən asılıdır.

Milli.Az

Избранный
40
mia.az

1Источники