RU

Trampın keçid komandası seçilmiş prezidentə qarşı işin dayandırıldığını açıqlayıb

Keçid komandasının kommunikasiya direktoru Stiven Çun ABŞ-nin seçilmiş prezidenti Donald Trampa qarşı Nyu-Yorkda məhkəmədə baxılan işin tam dayandırıldığını və hökmün çıxarılmasının təxirə salındığını açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Prezident Tramp qətiyyətli qələbə qazanıb. Amerika xalqı ona Ağ evə qayıtmaq və saxta işlərin bütün qalıqlarından xilas olmaq üçün mandat verib. Prezident Trampa qarşı bütün saxta hüquqi hücumlar indi dağıdılıb və biz Amerikanı yenidən böyük etməyə diqqət yetiririk”, – Çun vurğulayıb.

Xatırladaq ki, daha əvvəl hakim Xuan Merçan keçmiş porno aktrisası Stormi Denielsə ödənilmiş pullarla bağlı “Trump Organization” şirkətinin maliyyə sənədlərinin saxtalaşdırılması işi üzrə hökmün çıxarılmasını ertələməyə və işə baxılmasını təxirə salmağa razılıq verib.

May ayının sonunda Tramp maliyyə sənədlərinin saxtalaşdırılması işi üzrə bütün 34 ittiham bəndi üzrə təqsirli bilinib. O, ABŞ tarixində cinayət törətməkdə andlı iclasçılar tərəfindən təqsirli bilinən ilk keçmiş prezident olub. Hökmün çıxarılması sentyabrın 18-nə təyin edilmişdi.

ABŞ-nin keçmiş prezidentinə qarşı araşdırmanın səbəbi “The Wall Street Journal” qəzetinin 2018-ci ilin yanvarında dərc etdiyi məqalə olub. Qəzetin məlumatına görə, respublikaçının 2016-cı il prezident seçkilərində qələbəsindən bir ay əvvəl onun vəkili Maykl Koen keçmiş porno aktrisası Stormi Denielsə Trampla təxminən 10 il əvvəl əlaqəsi barədə məlumatı açıqlamaması üçün 130 min dollar ödəyib.

2018-ci ildə Koen bir neçə ittiham üzrə məhkəmə qarşısına çıxıb, bunlardan biri Trampın seçki kampaniyasının maliyyələşdirilməsi qaydalarının pozulması, o cümlədən Denielsə ödənişlərlə bağlı olub. O zaman prokurorluq dövlət başçısının toxunulmazlığına istinad edərək Trampa qarşı iddia irəli sürməyib. Lakin 2022-ci ilin noyabrında Manhetten dairə prokurorunun ofisi yeni araşdırmaya başlayıb. İstintaqın versiyasına görə, Tramp vəkilinə xərclənən pulları “Trump Organization” şirkəti vasitəsilə məhkəmə xərclərinin ödənilməsi kimi rəsmiləşdirib və mövcud olmayan hüquqi avansa istinad edib. 2023-cü il aprelin 4-də Nyu-York məhkəməsi Trampa qarşı Denielsə ödənişlərlə bağlı ittihamlar irəli sürüb.

Избранный
25
3
far.az

4Источники