"Klon" serialının aktrisası Covanna Antonelli Prado yeni paylaşımı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, aktrisa sosial şəbəkədə illər əvvəl "Klon" serialında rol aldığı görüntüsünü süni intellektlə indiki halı ilə qarşılaşdırıb.
O "Hade" rolunun onun karyerasında dönüş nöqtəsi yaratdığını qeyd edib.
Bu rol onun nəinki, Braziliyaya hətta bütün dünya ictimaiyyətinə tanıdıb.
Xatırladaq ki, "Klon" "Globo" televiziya şirkəti tərəfindən istehsal olunan və 2001-2002-ci illərdə yayımlanan melodram teleserialıdır.
Ekran işində ilk dəfə olaraq müsəlmanların həyat tərzi ətraflı şəkildə göstərilib.