Aktyor Taleh Yüzbəyovun xanımı, bloqer Xatirə Yüzbəyova ağır qəzaya düşüb.
O bu barədə "Instagram"da paylaşım edib.
Qeyd olunub ki, xoşbəxtlikdən heç kim xəsarət almayıb:
"Qarşımdakı maşın qəfil tormoza basdı. Sürətli yolda idik, nəticədə toqquşduq. O an keçirdiyim stresi sözlərlə ifadə edə bilmərəm. Digər maşındakı həm sürücü, həm sərnişin, həm də hadisə yerinə gələn polislər məni sakitləşdirirdilər. Allahıma sonsuz şükür edirəm, uşaqlar maşında deyildilər və heç kimə heç nə olmadı, sadəcə kəmər sinəmi sıxıb deyə, azca ağrı var".