RU

“Premyer Liqadan qovulsaq...” - Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın İngiltərə Premyer Liqasından qovulacağı təqdirdə klubda qalıb-qalmayacağı ilə bağlı sualı cavablandırıb.

“Qafqazinfo” bu barədə xarici mətbuata istinadən xəbər verir.

“Mən bunu aylar əvvəl demişdim. Aşağı liqaya düşsək də, burada qalacağam. İkinci divizionda da olsaq, gələn il yenidən Premyer Liqaya qayıdacayıq”, - deyə mütəxəssis bildirib.

Qeyd edək ki, noyabrın 21-də  Qvardiola “Mançester Siti” ilə yeni müqavilə imzalayıb.

Xatırladaq ki, ötən ilin fevral ayında Premyer Liqa “Mançester Siti”ni 2009-2018-ci illər arasında 115 müxtəlif maliyyə qaydalarını pozmaqda ittiham edib. Klub günahkar bilinərsə, onu xalların silinməsi, liqadan qovulması və titulların itirilməsi də daxil olmaqla bir sıra cəzalar gözləyir.

Избранный
33
1
qafqazinfo.az

10Источники