RU

Türkiyə gəmisi Somali sahillərində kəşfiyyata başladı

Türkiyənin "Oruç Reis" seysmik tədqiqat gəmisi Somali sahillərində neft və qaz kəşfiyyatına başlayıb. SİAxəbər verir ki, bunu Prezident Rəcəb Tayyip Ərdoğan İstanbulda keçirilən I Enerji Forumunda açıqlayıb. Onun sözlərinə görə, gəmi üç sahədə fəaliyyətə başlayıb. Tədqiqatların aparılacağı sahələrin ümumi ərazisi təxminən 5 min kvadrat kilometrdir. Xatırladaq ki, Türkiyə və Somali bu ilin mart ayında neft və qaz ehtiyatlarının öyrənilməsi sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıb.

Избранный
32
3
sia.az

7Источники