Hərracın təşkilatçısı tərəfindən hansı hallar müəyyən edildikdə, şəxslərin hərracda iştirak etmək üçün buraxılmadıqları açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Hərracın təşkilatçısı tərəfindən aşağıdakı hallar müəyyən edildikdə, şəxslər hərracda iştirak etmək üçün buraxılmırlar:
– hüquqi şəxs yenidən təşkil olunma, ləğv olunma yaxud müflis vəziyyətində olduqda;
– şəxs özü haqqında dəqiq olmayan məlumat verdikdə;
– sənədlər sifarişlərin qəbulu müddəti qurtardıqdan sonra təqdim edildikdə;
– ərizə müvafiq səlahiyyəti olmayan şəxs tərəfindən təqdim edildikdə;
– məlumatda göstərilən siyahıya uyğun bütün sənədlər təqdim edilmədikdə, yaxud təqdim olunmuş sənədlər müvafiq qaydada tərtib olunmadıqda.