RU

Tramp keçmiş futbolçunu mənzil-məişət naziri vəzifəsinə namizəd göstərib

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp öz komandasında müxtəlif vəzifələrə bir sıra namizədlər təklif edib...

Poliqon CNN telekanallna istinadən xəbər verir ki, Tramp Nümayəndələr Palatasının üzvü Lori Çavez Derimeri əmək naziri, keçmiş amerikalı futbolçu Skott Törneri isə mənzil-məişət naziri təyin etmək istəyir.

CNN-nin məlumatına görə Törner 1994-2004-cü illərdə peşəkar futbol oynayıb. Bundan sonra o, siyasətlə məşğul olmağa başlayıb. Keçmiş futbolçu Trampın ilk dövründə Ağ Evin Fürsətlər və Yenilənmə Şurasının ilk icraçı direktoru vəzifəsində çalışıb.

Xanım Çavez Derimer 2022-ci ildən ABŞ Konqresinin Nümayəndələr Palatasında çalışır. Bundan əvvəl o, kiçik Happy Valley (Oreqon) şəhərinin meri olub.

Bundan əlavə, Donald Tramp Nümayəndələr Palatasının keçmiş üzvü Deyv Ueldonu Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə federal Mərkəzlərə rəhbərlik etməyə namizəd göstərib. Həmçinin seçilmiş prezident investor Skott Bessentin Maliyyənaziri vəzifəsini tutmasını istəyir.

Poliqon.info

Избранный
28
1
poliqon.info

2Источники