RU

ABŞ və Fici amerikan hərbçilərinin adada yerləşdirilməsi barədə saziş hazırlayır

Birləşmiş Ştatlar Ficidə ABŞ Silahlı Qüvvələrinin bölmələrinin yerləşdirilməsinə imkan verəcək saziş imzalamaq niyyətindədir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Lloyd Ostin Fici Baş naziri Sitiveni Rabuka ilə birgə mətbuat konfransında açıqlayıb.

“Biz silahlı qüvvələrin statusu haqqında saziş üzrə danışıqlara başlamağı elan edirik. Bu sazişin bağlanması təlimlərin və hərbi qarşılıqlı fəaliyyətin artırılması hesabına ikitərəfli müdafiə əməkdaşlığını genişləndirməyə imkan verəcək”, – o bildirib.

Pentaqon rəhbəri qeyd edib ki, saziş ABŞ-yə “Ficinin dəstəklənməsi üçün qüvvələri yerləşdirməyə və ficililərlə təlimlər keçirməyə” imkan verəcək. Eyni zamanda o vurğulayıb ki, ABŞ adada daimi hərbi baza yaratmaq niyyətində deyil.

“Bizim burada, Ficidə hər hansı daimi baza yaratmaq niyyətimiz yoxdur”, – Ostin vurğulayıb.

Избранный
31
7
bakivaxti.az

8Источники