RU

Azərbaycan şəkər ixracını kəskin artırıb - 10 AYDA 34 MİLYON DOLLAR GƏLİR

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycandan 34 milyon 351 min dollar dəyərində 45 min 245 ton şəkər ixrac olunub.

FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Şəkər ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 13 milyon 642 min dollar və ya 66% , miqdar ifadəsilə 14 min 474 ton və ya 63% artıb.

2023-cü ilin 10 ayında isə Azərbaycandan 20 milyon 700 min dollar dəyərində 27 min 771 ton şəkər ixrac olunmuşdu.

Bu dövrdə Azərbaycanın ixrac etdiyi şəkərin 1 kiloqramının orta ixrac qiyməti 1,30 manat olub. Xatırladaq ki, 2023-cü ilin eyni dövründə bu rəqəm 1,26 manat idi.

Bu il ümumi ixracının 0,14%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 1,15%-i şəkərin payına düşüb.

Избранный
48
fed.az

1Источники