RU

"Bank Respublika" törəmə şirkətinin fəaliyyətini dayandırdığını elan edib

Bakı. Trend:

Azərbaycanın maliyyə sektorunun liderlərindən biri olan "BankRespublika" bank xidmətləri sahəsində mövqeləriningücləndirilməsinə yönəlmiş yeni strategiyası çərçivəsində törəməşirkəti olan "Bakı Sığorta" şirkətinin fəaliyyətinikönüllü şəkildə dayandırdığını elan edib.

Bu qərar "Bank Respublika"ya innovativ bank məhsullarınınhazırlanması və tətbiqinə, həmçinin müştəri xidmətlərininkeyfiyyətinin artırılmasına fokuslanmağa imkan verəcək.

"Bankın bütün göstəricilər üzrə əldə etdiyi yüksəknəticələri nəzərə alaraq və mövcud vəziyyəti hərtərəfli təhliletdikdən sonra belə bir qərara gəldik ki, bank xidmətlərinəfokuslanmaq bizə dinamik inkişafı davam etdirmək və real sektorunmaliyyələşdirilməsinə diqqət yetirmək üçün daha geniş imkanlaryaradacaqdır"- deyəBank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimovqeyd edib.

Qeyd edək ki, səhmdarların "Bakı Sığorta"nın fəaliyyətinindayandırılması ilə bağlı qərarı artıq Azərbaycan Mərkəzi Bankınatəqdim olunub.

"Bakı Sığorta" müştəriləri qarşısında bütün öhdəliklərini tamyerinə yetirməyə davam edəcək, zəruri dəstəyi və köməyi təminedəcək. Bütün mövcud sığorta müqavilələri tam həcmdə icraolunacaq.

Избранный
46
2
az.trend.az

4Источники