RU

Premyer Liqa klubunda hər kəsi sevindirəcək XƏBƏR

Naxçıvan şəhər stadionunda təmir işlərinin başlanmasına qərar verilib.

Bu barədə klubdan məlumat əldə etmişik.

Arenanın əskiklərinin aradan qaldırılmasına yanvarda start veriləcək.

Proses gələn ilin may ayına qədər uzanacaq.

Bu isə o deməkdir ki, "Araz Naxçıvan" ev oyunlarını Bakıda keçirməyə davam edəcək.

Muxtar respublika klubunun doğma şəhərə qayıdışı növbəti mövsüm üçün dəqiqdir.

Amma rəsmilər işləri sürətləndirməklə davam edən sezonun son bir neçə matçını da Naxçıvanda keçirmək istəyir.

Xatırladaq ki, artıq ikinci mövsümdür "Araz Naxçıvan" ev oyunlarını paytaxtımızda keçirir.

SPORTİNFO.AZ

Избранный
11
sportinfo.az

1Источники