RU

Şimali Koreya ABŞ-ı faktiki müharibə təhlükəsi yaradan addımlarla ittiham edib

Şimali Koreya ABŞ-ı Koreya yarımadasında əsl müharibəyə səbəb ola biləcək düşmənçilik hərəkətlərində ittiham edib və təxribatlara son qoyulmasını tələb edib.

Editor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Şimali Koreya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri bildirib. Nazirlik ABŞ-ın həyata keçirdiyi, Cənubi Koreya və Yaponiyanın da iştirak etdiyi “Freedom Edge” hərbi təlimlərini xatırladıb. Bundan əlavə, Amerikanın “Columbia” sualtı qayığı Busan limanına daxil olub və RC-135S kəşfiyyat təyyarəsi yarımadanın üzərindən uçub. Pxenyan Vaşinqton və onun müttəfiqlərinə xəbərdarlıq edib ki, regionda genişmiqyaslı silahlı münaqişənin başlanmasına səbəb ola biləcək təxribatçı hərəkətlər dərhal dayandırılmalıdır. Şimali Koreya xatırladıb ki, özünümüdafiə tədbirləri ölkə silahlı qüvvələrinin konstitusion vəzifəsidir.

Bəyanatda Şimali Koreya ordusunun ABŞ və müttəfiqlərinin hərəkətlərini yaxından izlədiyi və lazım gələrsə hərəkətə keçməyə hazır olduğu vurğulanıb. Pxenyan etiraf edir ki, onun maraqlarını qorumaq və regionda hərbi paritet saxlamaq üçün qabaqlayıcı tədbirlər görmək mümkündür.

//Gülnarə Abasova, Editor.az

Избранный
30
2
editor.az

3Источники