RU

“Modern Construction Group”un kapitalından 1,9 milyon manat geri götürüldü

“Modern Construction Group” Qapalı Səhmdar Cəmiyyəti nizamnamə kapitalının 4 milyon 679 min manat məbləğdən 2 milyon 780 min manat məbləğə azaldığının elan edir.

FED.az xəbər verir ki, nizamnamə kapitalının azaldılması ilə əlaqədar kreditorlar öz tələblərini AZ1052 Bakı şəhəri Nərimanov ray. Əhməd Rəcəbli küç, ev 25B m. 5-ci mərtəbə, ünvanına bildirə bilərlər.

Bu da nizamnamə kapitalının 1 milyon 899 min manat və ya 41% azaldılması deməkdir.

 

Modern Construction Group QSC 3 may 2002-ci ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Arif quliyev Aftandil oğludur. Hüquqi ünvanı. AZ1052, Bakı Şəhəri Nərimanov Rayonu, Əhməd Rəcəbli , ev.25 B, m.5-ci mərtəbə ünvanıdır.

Избранный
9
fed.az

1Источники