RU

Britaniya Netanyahunu həbs edəcək...

Britaniya Netanyahunu ölkəyə səfər edəcəyi təqdirdə BCM-nin orderi əsasında həbs edə bilər...

Britaniya hökuməti İsrailin baş naziri Benyamin Netanyahunu ölkəyə gələrsə Beynəlxalq Cinayət Məhkəməsinin orderi əsasında həbs edə bilər.

Poliqon BBC-yə istinadən xəbər verir ki, bunu Britaniya hökümətinin sözçüsü bildirib.

Jurnalistlər Britaniya baş nazirinin mətbuat katibinə Netanyahunun Böyük Britaniyaya səfər edəcəyi təqdirdə həbs edilib-edilməyəcəyini soruşublar. Cavabında o, hipotetik ssenarilər haqqında şərh verməyəcəyini söyləsə də, əlavə edib ki, “Hökumət qanua əməl edəcək və öhdəliklərini yerinə yetirəcək”.

Hökümət sözçüsü 2001-ci ildə Böyük Britaniyada qəbul edilmiş və Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən verilən həbs orderlərinin icrasını nəzərdə tutan qanuna istinad edib.

Xatırladaq ki, Britaniya Beynəlxalq Cinayət Məhkəməsinin fəaliyyət göstərdiyi Roma Statutunu ratifikasiya edib.

Qeyd edək ki, cümə axşamı Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və İsrailin müdafiə naziri Yoav Qalantı insanlığa qarşı cinayətlərə və müharibə cinayətlərinə görə həbs orderi verib. Bu ittihamlar Qəzza zolağında İsrailin hərbi əməliyyatları ilə bağlıdır.

Poliqon.info

Избранный
22
27
poliqon.info

10Источники