RU

Ermənistanda dünya çempionatında Türkiyə bayrağı dalğalanıb

Ermənistanın paytaxtı İrəvanda güləş üzrə hərbiçilər arasında 37-ci dünya çempionatı keçirilib.

İdman.biz xəbər verir ki, mundialda iştirak edən Türkiyə millisi turniri 8 medalla başa vurub.

Bunlardan 2-si qızıl, 1-i gümüş, 5-i isə bürünc olub. Yunan-Roma güləşçilərindən Kərəm Kamal (63 kq) və Selçuk Can (72 kq) İrəvanda fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq Türkiyə bayrağını dalğalandırıb, himnini səsləndirib.

Qeyd edək ki, ötən il güləş üzrə 36-cı dünya çempionatı Bakıda keçirilib.

İdman.biz

Избранный
16
idman.biz

1Источники