Bunu Ermənistanın baş naziri Nikol Ermənistan İctimai Televiziyasına müsahibəsində deyib.
“Bu o deməkdir ki, keçmiş hadisələrə görə heç kim bir-birini məhkəməyə verməməlidir və biz qarşılıqlı olaraq iddialardan imtina etməliyik..
Ancaq məntiq belə olacaq ki, birdən-birə məhkəməyə müraciət etmək üçün əsas yaranarsa, bu, nə onları, nə də bizi gələcəklə bağlı məsələlərdə məhdudlaşdırmayacaq ki, biz bunu edə bilək”, - Paşinyan əlavə edib.
Paşinyan deyib ki, Ermənistanla Azərbaycan arasında strateji sövdələşmə ondan ibarətdir ki, İrəvan və Bakı təkcə de-yure deyil, həm də sosial-psixoloji və digər səviyyələrdə de-fakto tanıyır ki, sovet Azərbaycanı öz ərazisi olan müstəqil Azərbaycandır, Sovet Ermənistanı isə müstəqil Ermənistandır.
“Ermənistan və Azərbaycan bu reallığı düzəltməli, bir-birini tək qoymamalı, bir-birinin altını qazmamalı, kommunikasiyaların açılması ilə iqtisadi əlaqələrin qurulması prosesinə çox diqqətlə başlamalıdır. Əminəm ki, o zaman bu, daha da çox yüksək temp, normal rejimdə inkişaf edəcək ”, - Paşinyan bildirib.
Sülh müqaviləsinin ilin sonuna qədər imzalana biləcəyi ilə bağlı suala Paşinyan belə cavab verib: