RU

Meymunçiçəyi ilə əlaqədar fövqəladə vəziyyət rejimi uzadıldı

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "mpox" xəstəliyinin(meymunçiçəyi) yayılması ilə əlaqədar beynəlxalq əhəmiyyətliictimai səhiyyə sahəsində fövqəladə vəziyyət rejiminin saxlanılmasıbarədə qərar qəbul edib.

Trend-in xəbərinə görə, bubarədə ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus "mpox" üzrəfövqəladə komitənin ekspertlərinin tövsiyələri əsasında açıqlamaverib.

Komitə meymunçiçəyi xəstəliyinin artması səbəbindən 2022-ci ilinavqustundan sonra ikinci dəfə noyabrın 22-də toplanıb. Ekspertlərbelə nəticəyə gəliblər ki, xəstəlik beynəlxalq əhəmiyyətli ictimaisəhiyyə sahəsində fövqəladə vəziyyət təşkil etməkdə davam edir.

ÜST-nin məlumatına görə, bu qərarın əsasını xəstələrin sayınınartması və "mpox"un coğrafi yayılmasının davam etməsi təşkil edirki, bu da ölkələr və tərəfdaşlar tərəfindən əlaqələndirilmiş cavabtədbirlərinin görülməsini tələb edir.

"Mpox" üzrə fövqəladə komitənin hesabatı gələn həftə dərcediləcək.

Daha əvvəl ÜST bildirmişdi ki, 1 yanvar 2022-ci ildən 30sentyabr 2023-cü ilədək dünyada 123 ölkədə 236 ölüm hadisəsi dədaxil olmaqla, 109 699 təsdiqlənmiş "mpox" hadisəsi qeydə alınıb.Meymunçiçəyi ilə əlaqədar qlobal səhiyyə fövqəladə vəziyyətiəvvəlcə 2022-ci ilin iyulundan 2023-cü il mayın 11-dək qüvvədəolub. Bu rejim xəstəliyin azalması səbəbindən ləğv edilib, lakin builin avqustun 14-də Qebreyesus Afrikada xəstəliyin alovlanmasısəbəbindən yenidən fövqəladə vəziyyət elan edib.

Избранный
9
8
az.trend.az

10Источники