RU

Paşinyan saqqalını niyə qırxıb? – Özü açıqladı

“Bunu böyük qızımın ad günü üçün etmək qərarına gəldim. İndi bu efirə çıxandan sonra digər qızlarım mənə sual verəcəklər ki, niyə bizim ad günümüzdə yox, onun ad günündə?”

“AzPolitika” xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bunu Ermənistan İctimai Televiziyasına müsahibəsində nədən saqqalını qırxdığına dair sualı cavablandırarkən deyib.

Paşinyan həmçinin deyib ki, 44 günlük müharibə başlayandan bəri və ondan sonrakı 4 il ərzində o, hər gün özünə ünvanladığı suallarla yatıb və oyanıb: ”Minlərlə dəfə soruşduğum suallar olub və mən bu qərarı niyə verdiyimlə bağlı özümü psixoloji və şüuraltı təhlilə məruz qoymaq istəsəm, mənim üçün cavab aydın və birmənalıdır: bu qərarı verən anda mənim artıq özümə suallarım qalmayıb. Mən özümün qaldırdığım bütün suallara cavab vermişəm”.

Görünür, Paşinyan bunları deyərkən 44 günlük müharibənin başlanması, onun gedişi, kapitulyasiya qərarı və digər məsələlərlə bağlı özü-özünə verdiyi sualları nəzərdə tutur.

“AzPolitika.info”

Избранный
12
azpolitika.info

1Источники