RU

Rusiyada kütləvi iğtişaşlar törətməyə çağırışlar edən azərbaycanlıya hökm oxundu

Astara Rayon Məhkəməsində kütləvi iğtişaşlar törətməyə çağırışlar etməkdə təqsirləndirilən Əkbər Babayevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.  

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 


Məhkəmənin hökmü ilə o, 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında olduğu müddət nəzərə alınmaqla Əkbər Babayevə təyin olunan 4 ay azadlıqdan məhrumetmə cəzası çəkilmiş (icra edilmiş) hesab edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv olunub və barəsində hökm qanuni qüvvəsini alanadək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

 

İttihama görə, Əkbər Babayev 30 may 2014-cü il tarixdə, saat 07 radələrində Rusiyanın Sverdlovsk şəhərində yerləşən və özünün icarədarı olduğu 4 saylı tərəvəz anbarının ərazisində olan zaman həmin bazara rəhbərlik edən zərərçəkmiş M.M.-in (şərti) qanunsuz hərəkətlərinə kütləvi etirazlarını bildirib. O, bazara nəzarəti ələ keçirmək istəmələri ilə bağlı etiraz edən şəxslərə, əsasən də Tacikistan vətəndaşlarına haqlarını tələb etmələrindən ötrü məsləhətlər verib, bazarda olan digər vətəndaşları da etiraz edən iştirakçılara qoşulmağa və həmin vaxt öz xidməti vəzifələrini yerinə yetirməklə asayişi qoruyan hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmamaqla kütləvi iğtişaşlar törətməyə çağırışlar edib. 

 

Kamal Məmmədov

Tarix: 23 Noyabr 2024, 10:09   
Избранный
21
pravda.az

1Источники