RU

KXDR ABŞ-yə xəbərdarlıq etdi

Şimali Koreya ABŞ-ni Koreya yarımadasında əsl müharibəyə səbəb ola biləcək düşmənçilik hərəkətlərində ittiham edib və təxribatlara son qoyulmasını tələb edib.

NOCOMMENT.az TASS-a istinadən xəbər verir ki, bu barədə KXDR Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumat verib.

Şimallılar eyni zamanda Cənubi Koreya və Yaponiyanın iştirak etdiyi ABŞ-nin keçirdiyi “Freedom Edge” hərbi təlimlərini xatırladıb. Həmçinin Amerikanın “Kolumbiya” sualtı qayığı Busan limanına daxil olub və “RC-135S” kəşfiyyat təyyarəsi yarımadanın üzərindən uçub. Pxenyan Vaşinqtona və onun müttəfiqlərinə regionda genişmiqyaslı silahlı münaqişənin başlanmasına səbəb ola biləcək təxribatçı hərəkətləri dərhal dayandırmağı tələb edib. KXDR xatırladıb ki, özünümüdafiə tədbirləri ölkə silahlı qüvvələrinin konstitusion vəzifəsidir. Bəyanatda Şimali Koreya ordusunun ABŞ və müttəfiqlərinin hərəkətlərini diqqətlə izlədiyi və lazım gələrsə, tədbir görməyə hazır olduğu vurğulanıb. Pxenyan öz maraqlarını qorumaq və regionda hərbi güc saxlamaq üçün qabaqlayıcı hərəkətlərin mümkünlüyünü bildirib.

Избранный
17
2
nocomment.az

3Источники