RU

Türkiyədə oteldən 500 nəfər təcili təxliyə olundu - FOTOlar

Antalyanın Manavqat rayonunda çayın daşması nəticəsində 5 ulduzlu oteli su basıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bölgədə fəaliyyət göstərən 5 ulduzlu otelin hovuz sahəsi, restoran, türk hamamı, spa, mətbəx, soyuducu anbar, generator və birinci mərtəbədəki iş yerlərini su basıb.

Hadisə zamanı oteldə olan 500 qonağın səlahiyyətlilərin sürətli müdaxiləsi sayəsində təxliyyə edildiyi və onların tətillərini otelin bağlı olduğu şirkətə aid digər otellərdə davam etdirəcəkləri bildirilib. 

Nazirliyin məlumatına görə, şənbə günündən etibarən Türkiyənin 81 vilayətinin 44-də sarı və narıncı hava xəbərdarlığı elan edilib. Mərmərə, Egey və Aralıq dənizləri ərazilərində, Qara dəniz vilayətlərində və Türkiyənin mərkəzi bölgələrində tufan, güclü külək olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Pis hava şəraiti bəzi rayonlarda temperaturun 10 dərəcə aşağı düşməsi ilə müşayiət olunacaq.

Nərmin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Избранный
6
3
milli.az

8Источники