Bakı Trend:
Qırğızıstan Prezidenti Sadır Japarov 1 iyul 2025-ci ildənetibarən ölkədə elektron siqaretlərin idxalına, satışına vəistifadəsinə qadağa qoyulmasını nəzərdə tutan qanunu imzalayıb.
Trend xəbərverir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidmətiməlumat yayıb.
"Qırğızıstan Prezidenti Sadır Japarov "Qırğız Respublikasıvətəndaşlarının sağlamlığının qorunması sahəsində bəziqanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında" sənədimzalayıb", - deyə məlumatda bildirilir.
Qeyd olunub ki, bu sənədə Qırğız Respublikasının "Tütün, nikotinməhsullarının istifadəsi və ətraf mühitdəki tütün tüstüsünün vəaerozolun təsirindən vətəndaşların sağlamlığının qorunmasıhaqqında" qanununa, Qırğız Respublikasının inzibati xətalarkodeksinə, cinayət və cinayət-prosessual məcəlləsinə dəyişikliklərdaxildir
Qanun çərçivəsində 1 iyul 2025-ci ildən Qırğızıstanda elektronsiqaretlərin idxalına, satışına və istifadəsinə qadağa tətbiqediləcək.
Qanuna əsasən, elektron siqaret çəkən fiziki şəxslər üçün 10 minsom (115 dollar), hüquqi şəxslər üçün isə 60 min som (690 dollar)cərimə nəzərdə tutulub. Elektron siqaretlərin satışına görə cəriməfiziki şəxslər üçün 20 min som (230 dollar), hüquqi şəxslər üçünisə 65 min som (750 dollar) olacaq.
Bundan əlavə, elektron siqaretlərin qanunsuz idxalına görə islahişləri və ya 100-120 min som (1 380 dollara qədər) məbləğindəcərimə nəzərdə tutulur. Əgər elektron siqaretlər böyük və ya çoxböyük həcmdə idxal olunarsa, bu halda 200 min som (2 300 dollar)məbləğində cərimə və ya 1 ildən 2 ilədək azadlıqdan məhrumetməcəzası tətbiq ediləcək.