RU

Bu ölkədə yaşı 16-dan az olanların sosial şəbəkələrdən istifadəsi qadağan edilir

Avstraliya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edən qanun layihəsi hazırlayıb.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, qanun qəbul olunarsa, texnoloji şirkətlər bu qadağanı pozduqlarına görə, 50 milyon Avstraliya dollarına (təxminən 32,5 milyon ABŞ dolları) qədər cərimə ödəyəcəklər.
Avstraliyanın rabitə naziri Mişel Rouland layihəni "dünyada aparıcı sosial media islahatı" olaraq xarakterizə edib.
“Bu islahat gəncləri qorumaq və valideynlərə onların tərəfində olduğumuzu göstərmək üçündür”- nazir deyib.
Qanun layihəsinə görə, sosial media platformaları yaş həddini pozan istifadəçilərin hesab açmasının qarşısını almaq üçün ağılabatan addımlar atmalıdır.
Bu addımları atmayan şirkətlərə böyük məbləğdə cərimələr tətbiq olunacaq. Qadağanın TikTok, X (keçmiş Twitter), instaqram və snapçat kimi məşhur platformaları əhatə edəcəyi gözlənilir, lakin qadağan olunmuş xidmətlərin dəqiq siyahısı hələ açıqlanmayıb.
CNN-in xəbərinə görə, qanun layihəsi həm hökumət, həm də müxalifət partiyaları tərəfindən dəstəklənib və qəbul olunarsa, bir il ərzində qüvvəyə minəcək.
Bu tənzimləmə uşaqların onlayn zorakılıq səbəbiylə öz həyatlarına qəsd etməsi ilə bağlı son kədərli hadisələrdən sonra gündəmə gəlib.
Bundan əlavə, valideynlərdən övladlarının onlayn olmaq istəklərinin öhdəsindən gələ bilmədiklərindən şikayətləniblər.
Hökumət yaşın yoxlanılması texnologiyasını sınaqdan keçirmək üçün Böyük Britaniya mərkəzli Yaş Yoxlama Sertifikatlaşdırma Sxemi ilə pilot layihənin tətbiqinə başlayıb.
Avstraliyada dünyada ilk dəfə olaraq biometrik məlumatlardan və ya dövlət tərəfindən verilmiş şəxsiyyət vəsiqəsidən istifadə edə bilən yaş yoxlama sistemi mövcuddur.

Digər tərəfdən İngiltərə Texnologiya naziri Peter Kayl 16 yaşından kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edən yeni qanunun gündəmdə olduğunu bildirib. “X” platformasının sahibi İlon Mask isə sözügedən qərarı tənqid edib. O, hökumətin qəbul etdiyi bu qərarı sosial mediaya nəzarət taktikası kimi şərh edib.
 

Избранный
20
olke.az

1Источники