Noyabrın 22-də Amerika fond bazarlarında Dow Jones indeksi 0.97% – 44,296.51 bəndədək, S&P 500 indeksi 0.35% – 5,969.34 bəndədək, Nasdaq indeksi isə 0.16% – 19,003.65 bəndədək artıb.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında noyabrın 22-də FTSE 100 indeksi 1.38% – 8,262.08 bəndədək, Almaniyanın DAX indeksi 0.92% – 19,322.59 bəndədək, Fransanın CAC-40 indeksi isə 0.58% – 7,255.01 bəndədək artıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,53% azalaraq 1.0418 dollar təşkil edib.