Almaniyanın keçmiş kansleri Angela Merkel Kiyevin Donetsk və Luqansk üzərində nəzarəti hərbi yolla qaytarmasını mümkün olmadığını bildirib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Merkel “Spiegel” jurnalına müsahibəsində deyib.
O qeyd edib ki, 2014 cü ildə Ukrayna Donbasa hərbi yolla nəzarəti ələ keçirməyə cəhd etməyə hazır olub-olmaması ilə bağlı mübahisələr gedirdi:
“Düşünürdüm ki, Ukraynanın döyüşdə uğur qazanma şansı yox idi. Lakin digər tərəfdən, biz Ukraynanı yalnız qoya bilməzdik. Nəticədə Almaniyadan Ukraynaya silah tədarük etdik”.
Qeyd edək ki, Merkel 2005-2021-ci illərdə Almaniya kansleri vəzifəsində çalışıb.
O, Minsk formatı adlanan danışıqlarda vasitəçi kimi çıxış edərək, Ukraynadakı münaqişənin həlli cəhdlərində əsas rollardan birini oynayıb.